Yerevanda atışma olub

yerevanda-atisma-olub
Oxunma sayı: 2145

Ermənistanın paytaxtı Yerevanda atışma olub.

Bu barədə “Qafqazinfo” “shamshyan.com” kriminal xronika saytına istinadən xəbər verir.  

Qeyd olunur ki, insident bu gün saat 11:15 radələrində baş verib. Hadisə yerinə polisin əməliyyat qrupu, həmçinin müstəntiqlər gəlib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları silahlı vətəndaşla danışıqlar aparıb. Bir müddət sonra vətəndaş zərərsizləşdirilib və artıq polis şöbəsinə aparılıb.  

Hadisə yerində avtomat, qumbaralar, ov tüfəngi, patronlar və digər sursatlar aşkarlanıb.

İstintaq Şöbəsində hadisə ilə bağlı materiallar toplanılır. Hüquq-mühafizə orqanları cinayətkarın şəxsiyyətini müəyyənləşdirmək üçün iş aparırlar.