Yerevanda etirazçılar Paşinyanın istefasını tələb edib - Video + Yenilənib

Yerevanda etirazçılar Paşinyanın istefasını tələb edib
Oxunma sayı: 2006

Yerevanın mərkəzində müxalifət tərəfdarları etiraz aksiyaları keçirir, Baş nazir Nikol Paşinyanın istefasını tələb edirlər. “Qafqazinfo” bildirir ki, bu barədə “TASS” xəbər verib.

Tutqun havaya baxmayaraq, Yerevanın mərkəzindəki Azadlıq meydanında müxalifət mitinq təşkil edib. İnsanlar “Nikol, get” şüarını səsləndirirlər.

“Hökumətin yalnız bir gündəliyi ola bilər - hakimiyyəti təhvil vermək. Biz bu hakimiyyət tərəfindən hansı xəyanətkar hərəkətlərin həyata keçirildiyini bilirik. Siz hakimiyyətdə qalmağa çalışarkən yalnız vəziyyəti daha da ağırlaşdırırsınız. Çıxın gedin!”, - deyə parlamentin vitse-spikeri, müxalif “Çiçəklənən Ermənistan” partiyasının üzvü Vaqe Enfiadjyan bildirib.

***

Ermənistanın Baş naziri Nikol Paşinyanın istefası tələbi ilə Yerevanda müxalifətin mitinqi başa çatıb. “Qafqazinfo” bildirir ki, bu barədə “RİA Novosti” xəbər verib.