Ermənistanın paytaxtı Yerevanda eks-deputat Manvel Qriqoryanın azadlığa buraxılmasına etiraz olaraq aksiya keçirilib.
“Qafqazinfo”nun “News.am” saytına istinadən verdiyi xəbərə görə, polislərlə etirazçılar arasında toqquşma baş verib.
Xatırladaq ki, M. Qriqoryan qanunsuz silah saxlamaqda və külli miqdarda dövlət vəsaitini mənimsəməkdə ittiham edilir. O, 2018-ci il dekabrın 21-də Yerevan məhkəməsinin qərarı ilə 25 milyon dram qarşılığında sərbəst buraxılıb.
Son xəbərlər
Son Xəbərlər