Yerevanda hərbçilərin meyitlərinin gizlədilməsinə görə aksiya keçirildi - Foto

yerevanda-herbcilerin-meyitlerinin-gizledilmesine-gore-aksiya-kecirildi
Oxunma sayı: 1910

Yerevanda Səhiyyə Nazirliyinin binası qarşısında etiraz aksiyası keçirilib.

“Qafqazinfo” “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, əsasən “Daşnaksütyun” partiyasının gənclər qanadının nümayəndələrindən ibarət olan bir qrup gənc səhiyyə naziri vəzifəsini icra edən Anait Avanesyanın istefasını tələb edib.

“Əgər onlarda bir az da olsa, insanlıq qalıbsa, Avanesyan istefa verməlidir”, - deyə etirazçılardan biri jurnalistlərlə söhbətində deyib.

Qeyd edək ki, bir neçə gün əvvəl morqların birində Qarabağda hərbi əməliyyatlar zamanı ölən hərbçilərin meyitlərinin plastik kisələrdə saxlanıldığını əks etdirən görüntülər yayılıb. Etirazçılar həmin görüntülərin yayılmasından sonra səhiyyə nazirinin istefasını tələb edirlər. Onlar aksiya zamanı nazirliyin binası önünə plastik kisələr atıblar. Polis bundan sonra aksiyaçılardan 4 nəfəri saxlayıb.