Yerevanda “Avtobus” QSC-nin 250-dən çox sürücüsü tətil elan edib.
“Qafqazinfo” “News.am” saytına istinadən xəbər verir ki, işçilər bildiriblər ki, əgər əvvəllər onlar gün ərzində qazandıqları pulun müəyyən hissəsini “plan” kimi ödəyib, qalanını özlərinə götürürdülərsə, indi onlardan 6-7 min dram tələb olunur. İşçilər buna etiraz edərək tətil başladıblar.
Qeyd olunur ki, İrəvan meriyasının nəqliyyat şöbəsinin müdiri Henrix Navasardyan sürücülərlə görüşərək onları fikrindən döndərməyə çalışır.

Son xəbərlər
Son Xəbərlər