Yerevanın keçmiş meri saxlanıldı

yerevanin-kecmis-meri-saxlanildi
Oxunma sayı: 1154

Yerevanın keçmiş meri Robert Nazaryan saxlanılıb.

“Qafqazinfo” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, məlumatı Xüsusi İstintaq Xidmətinin mətbuat katibi Marina Oqancanyan təsdiqləyib. Nazaryanın hansı cinayət işi üzrə tutulduğu barədə istintaq orqanı açıqlama verməyib.

Qeyd edək ki, R. Nazaryan 2003-2018-ci illərdə Dövlət Xidmətlərinin Tənzimlənməsi Komissiyasına rəhbərlik edib, bundan əvvəl isə o, 2 il Yerevanın meri vəzifəsində çalışıb.