“Yerimi gənclərə verəcəm” - - Arınç siyasətdən gedir

yerimi-genclere-verecem-
Oxunma sayı: 1516


“Qafqazinfo”nun Musavat.com-a istinadən verdiyi məlumata görə, Arınç növbəti parlament seçkilərində yerini gənclərə verəcəyini bildirib. 

Arınç 40 ildir siyasətlə məşğul olduğunu qeyd edərək deyib: “Beş müddətdir parlamentdə millət vəkiliyəm. Cəmi 6 ayım qalıb. Allah ömr versə 6 aydan sonra yerimi gənclərə verərək gedəcəyəm". 

Baş nazirin müavini deyib: "Bizə bu qədər yetər, qardaşlarım. Bir az özümə gəlim, bir az istirahət edim, siyasətə kənardan töhfə verməyə çalışacağam ".