“Yaxın vaxtlarda yerli dərman bazarının tənzimlənməsinə dair təkliflər təqdim olunacaq”.
“Qafqazinfo” xəbər verir ki, bu barədə səhiyyə naziri Teymur Musayev Azərbaycanda epidemioloji vəziyyətlə bağlı keçirdiyi mətbuat konfransında bildirib.
O qeyd edib ki, Nazirlər Kabinetinin 2021-ci il 14 oktyabr tarixli sərəncamı ilə Əczaçılıq Sektorunun İnkişafı üzrə Komissiya təşkil edilib. Komisiyanın işinə müxtəlif dövlət qurumları, beynəlxalq məsləhətçilər cəlb olunub və çox intensiv iş aparılır. Qarşıda duran əsas məsələ dərmanlara tətbiq olunan qiymətləndirmə prosesinin sağlam şəkildə formalaşdırılması və həmin dərmanlara əlçatanlığın təmin edilməsidir.
“Yaxın vaxtlarda komisiyanın fəaliyyətinin yekunlarına əsasən, yerli dərman bazarının tənzimlənməsinə dair təkliflər təqdim olunacaq. Bu, istər topdansatış və pərakəndə, istərsə də yerli dərman istehsalına təkan ola biləcək müəyyən normativ aktlara aiddir. Həmçinin burada vətəndaşların dərmanlara əlçatanlığını təmin edə biləcək mexanizmlərin tətbiqindən danışa bilərik. Əczaçılıq sektorunun inkişafı, ölkənin dərman preparatları ilə özünü təmin etməsi strateji məsələdir və ölkə rəhbərliyi tərəfindən diqqətlə izlənilir”.
Nazir qeyd edib ki, son vaxtlar bununla bağlı artıq ölkədə bir neçə müəssisə yaradılıb. Pirallahı Sənaye Parkının nəzdində müəssisə, o cümlədən, şpris zavodu fəaliyyətə başlayıb. Türkiyənin müvafiq şirkəti ilə dərman istehsalı sahəsində investisiyaların yatırılmasına dair saiziş imzalanıb.
Gülnar Əliyeva
Son xəbərlər
Son Xəbərlər