Yerli iş adamları Şəmkirdə yeni layihə həyata keçirir - Foto

yerli-is-adamlari-semkirde-yeni-layihe-heyata-kecirir
Oxunma sayı: 1589

Azərbaycanda sahibkarlığa dövlət himayəsinin sistemli şəkildə həyata keçirilməsi, sahibkarlara dövlət dəstəyi tədbirlərinin səmərəsinin yüksəldilməsi bu sahədə mühüm nailiyyətlərin əldə edilməsinə şərait yaradıb. 

“Qafqazinfo” xəbər verir ki, son illərdə Şəmkir rayonunda bu sahədə müxtəlif genişmiqyaslı işlər həyata keçirilib. Bu işlərin davamı olaraq rayon İcra Hakimiyyəti və Zəyəm Cırdaxan kəndinin Rusiya Federasiyasında fəaliyyət göstərən iş adamları birlikdə tarixə yazılacaq bir layihəyə imza atmaq üzrədirlər. Belə ki, uzun zamandır susuzluqdan əziyyət çəkən rayonun ən böyük kəndi olan Zəyəm Cırdaxana yeni su xəttinin çəkilişinə artıq başlanılıb.

Bu gün Şəmkir Rayon İcra Hakimiyyəti başçısı Alimpaşa Məmmədov baş çəkib, işlərin gedişatı ilə maraqlanıb.

İş icraçıları məlumat verərək bildiriblər ki, 730 millimetrlik polad borularla çəkilən su xəttinin ümumi uzunluğu 7 kilometrdir. Su xətti mənbəyini Zəyəm çayından götürür və yeni su xəttinin istismara verilməsi nəticəsində Zəyəm Cırdaxan kəndinin su təzhizatında olan problemlər tamamilə aradan qaldırılacaq.

Qeyd edək ki, Zəyəm Cırdaxan kəndi rayon mərkəzindən 25 kilometr uzaqlıqda yerləşir və əhalisinin sayı 10 minə yaxındır.