Yerlikaya İstanbul valisi kimi işinə başladı - Video

yerlikaya-istanbul-valisi-kimi-isine-basladi
Oxunma sayı: 2089

Daxili İşlər Nazirliyi tərəfindən İstanbul Böyükşəhər Bələdiyyəsinin (İBB) rəhbəri səlahiyyətləri verilən vali Əli Yerlikaya vəzifəsinin icrasına başlayıb.

“Qafqazinfo” “Hürriyet”ə istinadən xəbər verir ki, yerlikaya bələdiyyənin Sraçhanedəki binasına gedib. Onu bələdiyyə üzvləri müşayiət edib. Heç bir açıqlama verməyən vali binada 1 saat 20 dəqiqə qaldıqdan sonra məkanı tərk edib.

Jurnalistlərin “Bir açıqlama verəcəksinizmi” sualına Yerlikayanın cavabı “Xoş iftarlar” olub.