Yerpulu 10 faiz azaldıldı

yerpulu-10-faiz-azaldildi
Oxunma sayı: 2887

Yanvarın 21-də Babək prospektində yerləşən, avtomobil ehtiyat hissələri satılan bazarda bir qrup sahibkar aksiya keçirib. 

“Qafqazinfo” azadliq.org-a istinadən xəbər verir ki, onlar icarə haqqının azaldılmasını tələb edib. Sahibkarlar manatın yarıbayarı ucuzlaşmasından sonra alıcıların və gəlirlərinin azaldığını bildiriblər.

Elə bu gün bazar rəhbərliyi icarə haqlarını 10 faiz azaldıb.
Eyni tələblə yanvarın 19-da da etiraz aksiyası olmuşdu.