İspaniya milli komandasının baş məşqçisi Fernando Yerro 1/8 finalda Rusiyaya qarşı keçirəcəkləri oyun barədə qərar verib.
“Qafqazinfo”nun məlumatına görə, o, artıq həmin matç penaltilərə gedərsə, 11 metrlik cərimə zərbələrini yerinə yetirəcək futbolçuları da seçib.
Belə ki, penaltilər üçün ilk “5-lik” belədir: David Silva, Dieqo Koşta, Serxio Buskets, İsko və Andreas İnyesta.
Maraqlıdır ki, Yerro Serxio Ramosə bu siyahıda yer verməyib.
Qeyd edək ki, İspaniya – Rusiya oyunu iyulun 1-də “Lujniki” stadionunda baş tutacaq.
Son xəbərlər
Son Xəbərlər