“Yeşil” öldü...

yesil-oldu
Oxunma sayı: 3239


“Qafqazinfo” Anspress-ə istinadən xəbər verir ki, iyulun 3-də Belçikada xərçəngdən dünyasını dəyişən və Türkiyəyə gətirilərək dəfn olunan Mahmud Özerin ölməsi və həyatda olması hələ də naməlum olan Mahmud Yıldırım olduğu iddia olunub. İdiidanı Belçikada fəaliyyət göstərən xəbər saytlarından biri yayıb. 

Mahmud Özərin cənazəsi dostu Süleyman Yarol tərəfindən təyyarə ilə Türkiyənin Ərzincan şəhərinə gətirilib və ötən gün torpağa tapşırılıb. Jurnalistlərin verdiyi “Bu Yeşildirmi?” sualına Yarol aqressiv cavab verib: “Nə əlaqəsi var? 58 yaşlı dostum Mahmud Özer Belçikada xərçəngdən müalicə olunarkən vəfat edib. Mahmudun heç kimi yox idi. Vəsiyyəti ilə cənazəsini ölkəyə gətirdim.” 

Qeyd edək ki, Süleyman Yarol 58 desə də, Mahmud Özerin cənazə göndərilmə sənədində yaşı 62 göstərilib. 

Cənazə namazından sonar Mahmud Özeri dostu Yarol və qəbristanlığın əməkdaşları torpağa tapşırıblar. Süleyman Yarol fotoaparatla dəfndə iştirak edən və sual verən jurnalistlərin şəklini çəkib. Dəfndən sonra isə Süleyman Yarol, “Qəbrin üstünə sadəcə Mahmud Özer yaz, doğum və ölüm tarixini yazmağa ehtiyac yoxdur” – tapşırığını verib. 

Qeyd edək ki, 1996-cı ildə Türkiyənin baş naziri Məsud Yılmaz “Yeşil”in öldüyünü açıqlamışdı. Bundan sonra isə müxtəlif vaxtlarda dəfələrlə “Yeşil” kod adlı Mahmud Yıldırımın ölməsi və həyatda olması barədə xəbərlər yayılmışdı.