“Yeşilçam” ulduzları barışdı - Foto

yesilcam-ulduzlari-barisdi
Oxunma sayı: 2520

Türkiyənin tanınmış aktyorları Şener Şen və İlyas Salman arasında küsülülük bitib.

“Qafqazinfo” xəbər verir ki, Şen Salmanı evində ziyarət edib. Şenlə çəkdirdiyi fotonu instaqram və tviterdə paylaşan Salman “46 illik dostum gəlib”, - deyə yazıb.

Qeyd edək ki, “Yeşilçam” ulduzları bir müddətdir danışmırdı.

Onlar “Banker Bilo”, “Çiçek Abbas”, “Kibar Feyzo”, “Şekerpare” və “Çöpçüler Kralı” kimi əfsanəvi filmlərdə rol alıb.