“Yeşilçam” ulduzu bütün orqanlarını bağışladı

yesilcam-ulduzu-butun-orqanlarini-bagisladi
Oxunma sayı: 2516

“Yeşilçam”ın əfsanəvi ulduzu Ahmet Mekin bütün orqanlarını bağışlayıb. “Qafqazinfo” xəbər verir ki, o bu barədə rəsmi sənədə imza atıb.

87 yaşlı aktyor qeyd edib ki, bütün orqanları sağlamdır və dünyasını dəyişdikdən sonra ehtiyacı olanlara bağışlansın.

“İnsanlar öldükdən sonra başqa acılar sevincə çevrilə bilər. Orqanları bağışlamaq həyatı xilas etməkdir”, - deyə aktyor bildirib.