Yeşilçaydan “Kösem” açıqlaması

yesilcaydan-kosem-aciqlamasi
Oxunma sayı: 2575

Məşhur aktrisa Nurgül Yeşilçay ötən gün İstanbulun Nişantaşı ərazisində görüntülənib.

“Qafqazinfo” xəbər verir ki, aktrisa yeni sezonda “Muhteşem yüzyıl – Kösem” serialında rol alacağı barədə yayılan xəbərlərə münasibət bildirib.

Yeşilçay jurnalistlərin mövzu ilə bağlı ünvanladığı suallara “Hələ dayanın, dəqiq deyil. Hələlik müqavilə imzalamamışıq”,- cavabını verib.

Xatırladaq ki, aktrisanın tarixi layihə ya Beren Saatın yerinə gələrək “Kösem Sultan” olacağı, ya da ekran işində Safiye Sultanın qızı Fatma Sultanı canlandıracağı iddia olunur.