Yevlax Şəhər İcra Hakimiyyəti Başçısı aparatının kollektivi Prezidentin xeyirxah təşəbbüsünə qoşulub.
“Qafqazinfo”nun məlumatına görə, əməkdaşlar Prezident İlham Əliyevin 19 mart 2020-ci il tarixli “Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmana əsasən yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə etməyi qərara alaraq bir aylıq vəzifə maaşları həcmində pul məbləğini (30 min manat) Fonda köçürüblər.
Son xəbərlər
Son Xəbərlər