Yevlax məktəbliləri Ulu Öndərə olan sevgilərini hərbi paradda nümayiş etdirdilər - Fotolar

Yevlax məktəbliləri Ulu Öndərə olan sevgilərini hərbi paradda nümayiş etdirdilər
Oxunma sayı: 1258

Yevlaxda xalqımızın ümumilli lideri, dahi şəxsiyyət, əbədiyaşar insan Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibəti ilə Yevlax məktəblilərinin hərbi paradı keçirilib.

“Qafqazinfo” xəbər verir ki, paradda iştirak edən hərbi geyimli yüzlərlə məktəbli Azərbaycan Silahlı Qüvvələrinin arsenalında olan texnikaların maketlərinin müşayəti ilə şəhərin mərkəzi prospektində Ümummilli Lider Heydər Əliyevin abidəsinin qarşısından keçiblər.

Şuşa qalasının maketinin nümayişi, peşəkar aktyorların canlandırdığı Qarabağ xanı Pənahəli xanın, Xan qızı Xurşudbanu Natəvanın obrazlarının iştirakı parada xüsusi rəng qatıb.

Hərbi marşların sədaları altında keçən paradda Yevlax məktəbliləri Ulu Öndərə olan sevgilərini, məhəbbətlərini bir daha nümayiş etdiriblər.

Yevlax sakinlərinin və rayon ictimaiyyətinin nümayəndələrinin iştirak etdiyi paradda əsl bayram əhval ruhiyyəsi yaşanıb.