Yevlax seçki dairəsindən deputatlığa namizədin bioqrafiyası

yevlax-secki-dairesinden-deputatliga-namizedin-bioqrafiyasi
Oxunma sayı: 2489

“Qafqazinfo” 48 saylı Yevlax seçki dairəsindən deputatlığa namizəd Eldəniz Səttarovun bioqrafiyasını təqdim edir:

E. Səttarov  3 aprel 1986-cı ildə Abşeron rayonu, Xırdalan şəhərində anadan olub. 1992-ci ildə Yevlax şəhəri Q.Məhərrəmov adına  4 saylı orta məktəbin 1-ci sinfinə daxil olub. 2003-cü ildə həmin məktəbin 11-ci sinfini bitirib. 2003-cü ildə Azərbaycan Beynəlxalq Universitetinin “Gömrük İşinin Təşkili” fakültəsinin əyani şöbəsinə qəbul olub. 2007-ci ildə həmin universiteti “İnzibati İdarəetmə” ixtisası üzrə bitirib.

2007-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.

18 Yanvar 2008-ci ildə Abşeron rayon Hərbi Komissarlığından könüllü olaraq həqiqi hərbi xidmətə gedib. 02.01.2009-cu il tarixdə xidmət müddəti başa vurub ordu sıralarından ehtiyata buraxılıb.

04.05.2009-cu ildə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Dövlət Torpaq Kadastrı və Monitorinqi Elm-İstehsalat Mərkəzinin Yevlax Regional Torpaq Kadastr Mərkəzində 1-ci dərəcəli geodezist vəzifəsinə təyin edilib. 02.05.2011-ci ildə Dövlət Torpaq Kadastrı və Monitorinqi Elm-İstehsalat Mərkəzinin Gəncə Regional Torpaq Kadastr Mərkəzinə mühəndis vəzifəsinə göndərilib. 10.05.2013-cü ildən 30.09.2014-cü ilə qədər həmin mərkəzin rəisi vəzifəsini icra edib.

Ali ixtisasını davam etdirmək üçün  2012-ci ildə Azərbaycan Dövlət Aqrar Universitetinin “Yer quruluşu torpaq və şəhər kadastrı” fakultəsinə daxil olub və həmin Universiteti “aqromühəndis” ixtisası üzrə bitirib.

 30.09.2014-cü ildə Gəncə şəhər İcra Hakimiyyəti, Memarlıq və Şəhərsalma İdarəsinin “İqtisadçı” vəzifəsinə təyin edilib.

05.01.2015-ci ildə Gəncə şəhər İcra Hakimiyyəti, Memarlıq və Şəhərsalma İdarəsinin  Şəhərsalma və Kadastr şöbəsinin müdiri vəzifəsinə təyin olunub. 10.06.2015-ci ildə Gəncə şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Memarlıq və Tikinti şöbəsinin “Baş məsləhətçi” vəzifəsinə təyin edilib və 27.03.2017-ci ildə “Kiçik Dövlət Qulluqçusu” ixtisas dərəcəsini alıb.

26.12.2017-ci ildə “DAN” MMC kərpic zavodunda ümumi məsələlər üzrə direktor müavini  vəzifəsinə təyin edilib.

11.01.2018-ci ildə “DAN” MMC kərpic zavodunun direktoru vəzifəsinə təyin olunub.

15.07.2019-cu ildə Bakı Şəhər “Bakı Fəhləsi Maşınqayırma Zavodu” ASC-nin sədr müavini, 29.12.2019-ci il tarixdə isə sədrin 1-ci müavini vəzifəsinə təyin edilib. Hal-hazırda həmin vəzifəni icra edir.

Ailəlidir, iki övladı var.