Yevlaxa dolu düşüb - Faktiki hava - Yenilənib

yevlaxa-dolu-dusub
Oxunma sayı: 3956

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti aprelin 13-nə olan faktiki hava şəraitilə bağlı məlumat açıqlayıb.

Xidmətdən “Qafqazinfo”ya verilən məlumata əsasən, ölkə ərazisində hava şəraiti qeyri-sabit olub, bəzi yerlərdə arabir yağış yağıb, Naxçıvan MR-da leysan xarakterli intensiv olub.

Yağan yağıntının miqdarı: Naxçıvanda 29.0 mm (aylıq normanın 75 %-i), Ordubadda 23.0 mm (aylıq normanın 57 %-i), Şahbuzda 18.0 mm (aylıq normanın 30 %-i), Şərurda 18.0 mm (aylıq normanın 75 %-i), Culfada 15.0 mm (aylıq normanın 44 %-i), Sədərəkdə 13.0 mm, Şahdağda 7.0 mm, Qax, Zaqatala, Şəki, Balakən, Gədəbəy, Oğuz, Naftalan, Ağdam, Qəbələ, Göygöl, Tərtər, Mingəçevir, Yevlax, Beyləqan, Biləsuvar, Astarada 5.0 mm-dək olub, səhər saatlarında Bakıda və Abşeron yarımadasında yağış yağması müşahidə olunub.

Külək: Cənub-qərb küləyi arabir Kəlvəzdə 21 m/s, Şahdağda 20 m/s, Astarada 18 m/s, Lerikdə 17 m/s, Bakıda və Abşeron yarımadasında isə arabir 16 m/s-dək güclənib.

Havanın temperaturu: aprelin 12-də Bakıda iqlim normasından 6.7° yuxarı olub, havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 17-24° isti, Naxçıvanda 17-22° isti, dağlıq rayonlarda 17-24° isti, aran rayonlarında 23-27° isti müşahidə edilib.

***

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti aprelin 13-ü saat 15:00-a olan faktiki hava barədə məlumatı açıqlayıb.

Bildirilib ki, Naxçıvan, Şərur, Daşkəsən, Göygöl, Gəncə, Şəmkir, Ceyrançöl, Tovuz, Ağstafa, Balakən, Zaqatala, Şahdağ, Biləsuvarda şimşək çaxıb, arabir yağış yağıb, Balakən-Şəki zonasında yağıntılar intensiv olub.

Sel: Yağan intensiv yağışlarla əlaqədar saat 13:30-da Balakənçaydan, 14:30-da isə Talaçaydan sel keçib.

Külək: Şimal-qərb küləyi arabir Naftalanda 26 m/s, Mingəçevir, Yardımlı, Zərdab, Gəncədə 24 m/s, Bərdə 22 m/s, Şəki, Zaqatala, Ağstafa, Ağdam, Daşkəsən, Gədəbəydə 20 m/s, Çeyrançöl, Beyləqan, Yevlax, Tovuz, Şirvan, Qobustanda 18 m/s, Sabirabadda 17 m/s, Lerikdə 16 m/s-dək güclənib.

Dolu: aprelin 13-ü saat 12:14-13:03 radələrində Əlibəy (Zaqatala) ərazisində leysan yağış ilə bərabər diametri 5 mm, saat 14:10-14:20 radələrində Yevlaxda diametri 3 mm, saat 11:55-də Zaqatala şəhərinin şimal hissəsinə, saat 13:15 radələrində isə Qax rayonu Güllük kəndi ərazisinə, saat 13²⁸-də Şəki rayonuna xırda dolu düşüb.