Yevlaxda 17 yaşlı oğlan bıçaqlandı, xəstəxanada öldü

Yevlaxda 17 yaşlı oğlan bıçaqlandı, xəstəxanada öldü
Oxunma sayı: 1483

Yevlax rayonunda bıçaqlanma hadisəsi baş verib.

"Qafqazinfo"nun məlumatına görə, hadisə rayonun Havarlı kəndində qeydə alınıb.

Belə ki, Havarlı kənd sakini, 2002-ci il təvəllüdlü Nurnazarov Rasim Abid oğlu naməlum şəraitdə bıçaqlanıb. Yaralı xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Tural Hüseynli


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi