Yevlaxda 20 yaşlı qadın odlu silahla qətlə yetirildi

yevlaxda-20-yasli-qadin-odlu-silahla-qetle-yetirildi
Oxunma sayı: 3368

Fevralın 16-da saat 22 radələrində Yevlax rayonunda evlərin birində 2003-cü il təvəllüdlü Başxanım Salmanovanın odlu silahla öldürülməsi barədə polisə məlumat daxil olub.

DİN-in mətbuat xidmətindən “Qafqazinfo”ya bildirilib ki, polis və prokurorluq əməkdaşları tərəfindən cinayəti törətməkdə şübhəli bilinən şəxsin, yaxud şəxslərin müəyyən olunub saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri görülür. 

Əlavə məlumat veriləcək.