Yevlaxda 5 maşın toqquşdu

yevlaxda-5-masin-toqqusdu
Oxunma sayı: 979


Milli.Az El TV-yə istinadən bildirir ki, 2 “VAZ 2107”, ”Hyundai”,  “VAZ 21011” və hadisə yerindən dərhal uzaqlaşdığına  görə dövlət qeydiyyat nişanı hələlik müəyyənləşdirilməyən “Lada Priora” markalı avtomobillər toqquşub. 

Şahidlərin bildirdiklərinə görə, qəzanın baş verməsinə “Lada Priora” markalı avtomobilin işiqforun qırmızı işığında yol ayrıcına daxil olaraq,  digər avtomobillərin yoluna çıxması səbəb olub. Hadisə zamanı avtomobillərə ciddi ziyan dəysə də, xəsarət alan olmayıb. Dərhal hadisə yerinə Yevlax Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən baxış keçirilib. Araşdırmalara başlanıb.