Yevlaxda 53 yaşlı qadın evdə yanaraq öldü

yevlaxda-53-yasli-qadin-evde-yanaraq-oldu
Oxunma sayı: 1363

Yevlaxda ölümlə nəticələnən yanğın hadisəsi olub.

Bu barədə "Qafqazinfo" Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.

Aşağı Bucaq kəndində bir dam altında tikilən ümumi sahəsi 30 m² olan birmərtəbəli evin yanar konstruksiyaları və bitişik ümumi sahəsi 520 m² olan cücə sexinin yanar konstruksiyaları 360 m² sahədə yanıb. Yanğın yerinin kəşfiyyatı zamanı evin içərisində 1968-ci il təvəllüdlü Hüseynova Səidə İmran qızının yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar olunub. Sexin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.