Yevlaxda ağır qəza - 8 nəfər xəsarət aldı+Yenilənib

yevlaxda-agir-qeza
Oxunma sayı: 3441

Yevlaxda iki avtomobilin toqquşması nəticəsində 8 nəfər xəsarət alıb.

“Qafqazinfo” xəbər verir ki, hadisə Xaldan-Mingəçevir yolunun Yevlax rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Xəsarət almış üç uşaq, üç qadın və iki kişi Mingəçevir Mərkəzi Şəhər Xəstəxanasına yerləşdirilib.

Bir nəfər ağız nahiyəsindən ağır xəsarət aldığından əməliyyata götürülüb, digərlərinin vəziyyəti orta-ağır və kafi qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

***

Qəzada xəsarət alanların kimliyi məlum olub.

Hadisə nəticəsində 1959-cu il təvəllüdlü M.Əhmədova, 1991-ci il təvəllüdlü Ş.Əhmədova, 2019-cu il təvəllüdlü E.Əhmədova, 2020-ci il təvəllüdlü M.Əhmədova, 1985-ci il təvəllüdlü T.Əhmədova, 2011-ci il təvəllüdlü N.Məmmədli, 1983-cü il təvəllüdlü S.Ağayev və 1984-cü il təvəllüdlü N.Sadıqov xəsarət alıb.

Yunis Quliyev