Bu gün Yevlax rayonunda ağır yol qəzası baş verib.
“Qafqazinfo”nun məlumatına görə, Bakı-Qazax avtomobil yolunun Yevlaxdan keçən hissəsində “Vaz 2107” markalı avtomobil Yuxarı Qarabağ kanalına düşüb. Belə ki, idarəetmədən çıxan avtomobil körpüdən su kanalına aşıb.
İlkin məlumata görə, sürücü suda batıb. Avtomobildə digər şəxs və ya şəxslərin olması dəqiq bilinmir.
Ərazidə axtarışlara başlanılıb.
Əlavə məlumat veriləcək.
Nizam Rza
Son xəbərlər
Son Xəbərlər