Yevlaxda bir neçə bitişik ev yanıb

yevlaxda-bir-nece-bitisik-ev-yanib
Oxunma sayı: 1193

Yevlax şəhərində bir neçə evdə yanğın olub. 

“Qafqazinfo” FHN-ə istinadən xəbər verir ki, ümumi sahəsi 50 m² olan birmərtəbəli evin yanar konstruksiyaları və ev əşyaları, bitişik ümumi sahəsi 60 m² olan (hər mərtəbəsi 30 m²) ikimərtəbəli evin dam örtüyü və ikinci mərtəbəsinin yanar konstruksiyaları 10 m² sahədə, bitişik ümumi sahəsi 450 m² olan ikimərtəbəli kommunal tipli binanın dam örtüyü 180 m² sahədə və ikinci mərtəbəsində ümumi sahəsi 56 m² olan mənzilin yanar konstruksiyaları 8 m² sahədə yanıb. 

Evin, binanın qalan hissəsi və bitişik digər evlər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.