Yevlaxda ev yandı

yevlaxda-ev-yandi
Oxunma sayı: 910

Bu gün Yevlax rayonu, Yuxarı Qarxun kəndində (rayon mərkəzindən 10 km aralı) vətəndaşa məxsus ev yanıb.

“Qafqazinfo”Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, ümumi sahəsi 48 kv.m olan birmərtəbəli 2 otaqlı evin bir otağının yanar konstruksiyaları 24 kv.m sahədə və ev əşyaları qismən yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 16:55-də yanğınsöndürənlər tərəfindən söndürülüb.