Yevlaxda “Hərəyə bir ağac əkək” kampaniyası keçirildi

yevlaxda-hereye-bir-agac-ekek-kampaniyasi-kecirildi
Oxunma sayı: 847

Yeni Azərbaycan Partiyasının yaradılmasının 25 illik yubileyi münasibəti ilə YAP Yevlax şəhər  təşkilatında  “Hərəyə bir ağac əkək” kampaniyası çərçivəsində növbəti aksiya keçirilib . 

“Qafqazinfo” xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Yeni Azərbaycan Partiyasının birgə layihəsi olan  ağacəkmə kampaniyası Yevlax rayonu ərazisində yerləşən Bərdə Yevlax magistral yolunun kənarındakı meşə zolağında həyata keçirilib. Kampanyada YAP Yevlax şəhər  təşkilatının İdarə Heyəti, Qadınlar Şurası, Gənclər Birliyinin üzvləri, partiya fəalları, ziyalılar, ictimaiyyət nümayəndələri yaxından iştirak ediblər. 

YAP fəallarının iştirakı ilə 3000-dən çox şam və meyvə ağacları əkilib.  Əkilən ağaclara aqrotexniki qulluq olunub. “ Hərəyə bir ağac əkək” kampaniyası Aran regionunda  yaşıllığın genişləndirilməsinə və ekoloji vəziyyətin daha da yaxşılaşdırılmasına töhfə verəcək. Kampaniya çərçivəsində ərazidə daha 5000 mindən artıq ağac əkiləcək.