Yevlaxda ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibəti ilə konfrans və konsert proqramı keçirilib.
“Qafqazinfo” xəbər verir ki, konfransda Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev, Milli Məclisinin sədrinin 1-ci müavini Əli Hüseynli, YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev, rayonun idarə müəssisələrinin rəhbərləri, ziyalılar, şəhid ailələrinin üzvləri, qazilər, veteranlar və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Konfransda Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev dünya miqyaslı siyasi təfəkkürə, zəngin və qətiyyətli idarəçilik bacarığına, ən çətin vəziyyətlərdə belə tükənməz əzm və qüdrətə malik Heydər Əliyevin xalqımız qarşısında misilsiz tarixi xidmətlərindən, şərəfli ömür yolundan və məharətli dövlətçilik təcrübəsindən bəhs edən geniş məruzə ilə çıxış edib.
Sonda Heydər Əliyevin həyat yolu, zəngin və çoxşaxəli irsi, zəngin dövlətçilik təcrübəsini özündə əks etdirən videoçarx nümayiş olunub.
Axşam saatlarında Yevlax Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə şəhərin Heydər Əliyev parkında ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş konsert keçirilib.
Son xəbərlər
Son Xəbərlər