Yevlax şəhərində ikimərtəbəli evdə yanğın olub.
“Qafqazinfo” xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
Bildirilib ki, ümumi sahəsi 240 kvadrat metr olan ikimərtəbəli evin ikinci mərtəbəsində üç otağın yanar konstruksiyaları və dam örtüyü 120 kvadrat metr sahədə yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın söndürülüb.
Son xəbərlər
Son Xəbərlər