Yevlaxda məktəbdə partlayış olub, xəsarət alan var - Foto

yevlaxda-mektebde-partlayis-olub-xesaret-alan-var
Oxunma sayı: 1943

Yevlax rayonunda orta məktəbdə partlayış olub.

“Qafqazinfo"nun xəbərinə görə, hadisə 1 saylı orta məktəbin qazanxanasında baş verib. Partlayış zamanı məktəbin gözətçisi Ramiz Quliyev müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı xəstəxanaya yerləşdirlib. Qeydə alınan hadisə axşam saatlarında baş verdiyindən şagird və müəllimlərdən zərər görən olmayıb. Hadisənin baş vermə səbəbləri araşdırılır.

***

Yevlax Şəhər Təhsil Şöbəsi hadisə ilə bağlı açıqlama yayıb. "Qafqazinfo"ya daxil olan açıqlamada bildirilir ki, yanvarın 9-da gecə saat 3-4 radələrində şəhər 1 saylı tam orta məktəbin qazanxanasında partlayış baş verib və yanğın olub.

Yanğın Fövqəladə Hallar Nazirliyi Yanğından Mühafizə İdarəsinin əməkdaşları tərəfindən söndürülüb. Hadisə nəticəsində məktəbin gözətçisi Ramiz Quliyev yanıq xəsarəti ilə Yevlax Şəhər Mərkəzi Xəstəxanasına, oradan da Bakı şəhərinə - 5 saylı şəhər kliniki xəstəxanasına gətirilib. Xəstənin vəziyyəti kafidir. Baş verən hadisə zamanı digər xəsarət alan olmayıb. Məktəbin istilik sistemi qurğusu istismara yararsız vəziyyətə düşdüyündən hazırda bununla bağlı iş aparılır.

Elmar Əli