Yevlaxda 15 İyun - Milli Qurtuluş günüə həsr edilmiş silsilə tədbirlər davam etdirilir. Yevlax Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Heydər Əliyev ili” çərçivəsində 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş böyük bayram konserti keçirilib.
“Qafqazinfo” xəbər verir ki, Yevlax Şəhərində Heydər Əliyev Parkında baş tutan konsertdə Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev, YAP Yevlax Rayon Təşkilatının sədri Rafiq Əliyev, rayonun hüquq mühafizə, idarə və müəssisələrinin kollektivləri, şəhid ailələri, qazilər, əsgərlər, rayon ziyalıları və ictimaiyyət nümayəndələri, sakinlər iştirak ediblər.
Konsertin aparıcıları Milli Qurtuluş gününün tarixi və əhəmiyyəti barədə ətraflı məlumat veriblər.
Qeyd edilib ki, ulu öndər Heydər Əliyevin missiyası yalnız Azərbaycan dövlətinin dayaqlarının möhkəmləndirilməsi, müstəqilliyin inkişafı və dövlətçilik tariximizin müasir mərhələsinin sürəkliliyinin təmin edilməsi kimi şərəfli bir vəzifəni yerinə yetirməklə məhdudlaşmadı. O, müstəqil Azərbaycan dövlətinin yaradılması konsepsiyasını həyata keçirdi, eyni zamanda Azərbaycan vətəndaşlarını birləşdirən, xalqımızı beynəlxalq aləmdə vahid amal, əqidə, məqsəd və məram uğrunda səfərbər edən milli təlim – “azərbaycançılıq” ideologiyasını da yaratdı. Ulu öndərin dünya tarixinə parlaq və silinməz iz qoymuş böyük şəxsiyyət, qeyri-adi zəka, fitri istedad sahibi, müdrik dövlət xadimi olduğunu diqqətə çatdırıblar. Bildirilib ki, Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan ordusu tərəfindən 44 günlük müharibə nəticəsində torpaqlarımız erməni işğalından azad olunub, ərazi bütövlüyümüz bərpa edilib.
Milli Qurtuluş Gününə həsr edilmiş bayram konsertində respublikanın Əməkdar artsitləri Gülüstan Əliyeva, Ceyhun Qubadovun, populyar müğənnilər Samir Piriyevin, Vəfa Vəzirovanın, Nurlana Abdullayevanın, Taleh Yahyayevin, Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının kollektivinin, Fikrət Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının solistlərinin ifasında səslənən bir–birindən möhtəşəm mahnılardan, milli rəqslərdən ibarət konsert proqramını sakinlər izləyiblər.






Son xəbərlər
Son Xəbərlər