Yevlaxda qəza- - Sərnişin öldü

yevlaxda-qeza-
Oxunma sayı: 1233


"Qafqazinfo" DİN-in saytına istinadən xəbər verir ki, iyunun 10-da saat 10 radələrində qorunmayan keçiddə Ruslan Quliyev idarə etdiyi “Niva Shevrolet” markalı avtomobili teplovoza vurub. Nəticədə Ruslan Quliyevin sərnişini, Nemətabad kənd sakini Elməddin Əhmədov hadisə yerində ölüb, özü isə Yevlax Rayon Mərkəzi Xəstəxanaya yerləşdirilib. 

Yevlax rayon prokurorluğu tərəfindən araşdırma aparılır.