Yevlaxda qəza- - Ölən var

yevlaxda-qeza-
Oxunma sayı: 753


“Qafqazinfo” FHN-in saytına istinadən xəbər verir ki,  Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Vaz” markalı minik avtomobilin sahibi  avtomobildə sıxılmış vəziyyətdə qalıb. Yanğınsöndürən-xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə sıxılmış vəziyyətdə qalmış sürücünü avtomobildən çıxararaq Təcili Tibbi Yardım xidmətinə təhvil verib. “Vaz” markalı minik avtomobilin sahibi 1968-ci il təvəllüdlü Mamedov Aslan Məmmədəli oğlu xəstəxanaya aparılarkən yolda vəfat edib. Avtomobildə olan 1 nəfər sərnişin vətəndaşlar tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 15:07-də başa çatıb.