Yevlaxda qəzada ölənlərin adları açıqlandı – - Rəsmi

yevlaxda-qezada-olenlerin-adlari-aciqlandi-
Oxunma sayı: 2007


Daxili İşlər Nazirliyindən “Qafqazinfo”ya verilən məlumata görə, fevralın 23-də saat 11 radələrində Yevlax rayonunun Aran qəsəbəsində Bərdə rayon sakini Vilayət Qədirovun idarə etdiyi “Toyota” və Şəki rayon sakini Nüsrət Səmədovun “Amico” markalı avtomobillər toqquşub. 

Nəticədə Vilayət Qədirov və sərnişinləri, Bərdə rayon sakini Sevil Qədirova, Bakı şəhər sakinləri Zahirə Rəşidova və Şahin Ağayev hadisə yerində ölüb.

BDYPİ tərəfindən araşdırma aparılır.

Murad Əhməd