48 saylı Yevlax seçki dairəsindən deputatlığa namizəd Eldəniz Səttarov seçkiqabağı təbliğatını qanun çərçivəsində uğurla davam etdirir.
“Qafqazinfo”nun məlumatına görə, Eldəniz Səttarov Yevlax şəhərində seçicilərlə müntəzəm görüşlər keçirir. Yevlaxlılar tərəfindən böyük rəğbətlə qarşılanan gənc demək olar ki, seçicilərin mütləq əksəriyyətinin dəstəyini ala bilib.
Eldəniz Səttarov görüşlərdə sakinlərin şəraitləri ilə tanış olur, onların problemlərini qeydiyyata götürür və sosial rifahlarının yaxşılaşdırılması istiqamətində gələcək planları barədə öz fikirlərini bölüşür. Eyni zamanda gələcək prespektiv iş planında qanunvericilik orqanında fəaliyyət göstərəcəyi tədqirdə həyata keçirəcəyi işlərdən danışıb.
Eldəniz Səttarov bu cür səmimi münasibətə görə seçicilərə minnətdarlığını ifadə edərək bildirib ki, onun bir məqsədi, bir amalı var: “O da dövlətimizə, dövlət rəhbərimizə və siz seçicilərimizə xidmət etməkdir. Mən söz verirəm ki, sizin içərinizdə olub bütün uğurlara sizinlə birgə imza atacağam”.




Son xəbərlər
Son Xəbərlər