48 Saylı Yevlax seçki dairəsindən deputatlığa namizəd Eldəniz Səttarovun seçilərlə görüşü uğurla davam edir.
“Qafqazinfo” xəbər verir ki, gənc namizəd bu dəfə görüşlərini dairə ərazisində yerləşən Yevlax rayonunun Kövər, Kolanı kəndlərinə və şəhər mərkəzində toplum və fərdi qaydada keçirib. Belə ki, Eldəniz Səttarov itkin düşmüş, uzun illərdən sonra nəşi aləsinə təhvil verilən şəhidimiz Vəlyəddin İbrahimovun ailəsi ilə görüşüb, onlarla səmimi söhbət aparıb. Namizəd cənab Prezidentin şəhid ailələrinə göstərdiyi qayğı və diqqəti, həsas yanaşmanı bir daha xatırladaraq bildirib ki, dövlətimiz hər zaman onların yanındadır. Şəhid Vəlyəddin İbrahimovun ailə üzvüləri Eldəniz Səttarovun bu cür addımını yüksək qiymətləndirib və gənc namizədi dəstəklədiklərini ifadə etdiblər. Kövər və Kolanı kəndlərində də seçicilər Eldəniz Səttarovu səmimi münasibətlə qarşılayıb. Çıxış edən seçicilərdən Qarabağ müharibəsi əlili İsmət Səmədov və başqaları bilidiriblər ki, Yevlaxa yeni nəfəs, təzə sima lazımdır:
“Enerjili gənc, insaların fərdi qaydada qayğısına qalan, müasir, çevik bir namizəd. Cənab Prezidentimizin sərəncamı ilə yeni gənc bir İcra Başçımız təyin olunub. Çox istiyərdik ki, bu missiya sizinlə davam etsin. Siz xalqın içindən çıxan, öz təvazükarlığınızla savadınızla seçilən vətənpərvər gəncsiniz. Biz hesab edirik ki, siz bizim ehtimadımızı doğruldacaq ən laiqli namizədsiniz”.
Eldəniz Səttarov çıxış edərək öz növbəsində bu cür səmimi münasibətə görə seçicilərə minnətdarlığını ifadə edərək bildirib ki, onun bir məqsədi, bir amalı var:
“O da dövlətimizə rəhbərimizə və siz seçicilərimizə xidmət etməkdir. Mən söz verirəm ki, sizin içərinizdə olub bütün uğurlara sizinlə birgə imza atacağam”.



Son xəbərlər
Son Xəbərlər