Yevlaxda üç maşın toqquşdu, 1 ölü, 6 yaralı var - Yenilənib

yevlaxda-uc-masin-toqqusdu-1-olu-6-yarali-var
Oxunma sayı: 2806

Yevlax rayonunda zəncirvari qəza baş verib. 

"Qafqazinfo"nun verdiyi xəbərə görə, martın 20-də rayon ərazisindən keçən magistral yolda "VAZ 2106", "Mercedes" və "Hyundai" markalı avtomobillər toqquşub. 

Qəza nəticəsində üçü azyaşlı olmaqla, yeddi nəfər xəsarət alıb. Onlar xəstəxanaya yerləşdirilib. 

Faktla bağlı araşdırma aparılır.

***

Hadisə zamanı yaralanan 55 yaşlı Səmimi Tanrıverdiyeva dünyasını dəyişib.