Yevlax və İsmayıllı rayonlarında yanğın baş verib.
“Qafqazinfo” FHN-ə istinadən xəbər verir ki, Yevlax şəhərində beşmərtəbəli yaşayış binasının birinci mərtəbəsində ümumi sahəsi 60 m² olan 3 otaqlı mənzilin 1 otağında çarpayı və yataq dəsti 3 m² sahədə yanıb. Yüksək temperaturdan otağın tavanı 3 m² sahədə qarsalanıb.
İsmayıllı rayonunda isə ümumi sahəsi 63 m² olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları 20 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.
Son xəbərlər
Son Xəbərlər