Yevlaxda yanğın, 3 nəfər zəhərləndi

yevlaxda-yangin-3-nefer-zeherlendi
Oxunma sayı: 1163

Yevlaxda ev sahibləri tüstüdən zəhərlənib.Qafqazinfoxəbər verir ki, hadisə rayonun Kövər kəndində Elman Restəmova məxsus təsərrüfatda baş verib.

Ümumi sahəsi 240 m² olan tövlənin yanar konstruksiyaları və çardağına yığılan 15 ton ot bağlamasının 7 tonu yanıb. Yanğın “VAZ” markalı minik avtomobilində yararsız hala salıb.

Hadisə zamanı 11 baş iribuynuzlu heyvan tələf olub. Alov baş verən zaman 3 nəfər - 1981-ci il təvəllüdlü Tahirə Rüstəmova, 2003-cü il təvəllüdlü Ayişə Rüstəmli və 1959-cu il təvəllüdlü Dilbəzər Rüstəmova zəhərlənmə diaqnozu ilə xəstəxanaya çatdırılıblar.  

Yanğınım baş vemə səbəbləri araşdırılır.

Elmar Əli