Yevlaxda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Qafqazinfo”nun xəbərinə görə, hadisə Yevlax-Bəhrəmtəpə avtomobil yolunun rayonun Hürüuşağı kəndindən keçən hissəsində baş verib.
“Mercedes” və “Hyundai” markalı iki avtomobilin toqquşması nəticəsində bir nəfər ölüb, iki nəfər isə ağır xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.
Ölən və yaralanan şəxslərin kimliyi dəqiqləşdirilir. Faktla bağlı araşdırma aparılır.
***
Ölən şəxsin kimliyi məlum olub. O, 25 yaşlı Yevlax rayon sakini Fəxri Fəxrəddin oğlu Əlizadədir.
Elmar Əli


Son xəbərlər
Son Xəbərlər