“Qafqazinfo”nun məlumatına görə, Saatlı rayonu Polis şöbəsinin növbətçi hissəsindən Modern.az saytına hadisəni təsdiqləyərək bildirilib ki, özlərinə qəsd edənlər Məmmədabad sakinləri olan qohumlardır.
Belə ki, 11.12.1993-cü il təvəllüdlü Askanov Mürşüd Cümşüd oğlu və 11. 02. 1997-ci il təvəllüdlü Ağaşova Şəfəq Əlşad qızı kənddəki meşədə özlərini iplə ağacdan asaraq intihar ediblər.
“İntiharın səbəbləri bilinmir. Hadisəylə bağlı cinayət işi açılıb”.
Kənd sakinləri isə Modern.az-a verdikləri məlumatda intihar edənlərin yeznə-baldız olduğunu söyləyiblər.