Bu gün 45-ci Ümumdünya Şahmat Olimpiadası start götürəcək. “Qafqazinfo” xəbər verir ki, Macarıstanın paytaxtı Budapeştdə keçirilən turnirdə Azərbaycanın kişi və qadın yığmaları da mübarizəyə başlayacaq.
Kişilərdən ibarət yığma ilk turda İordaniya ilə üz-üzə gələcək. Qadınlardan ibarət komanda isə Nikaraquanın müqavimətini qırmağa çalışacaq.
Teymur Rəcəbovun kapitanı olduğu kişilərdən ibarət millidə Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Nicat Abasov, Aydın Süleymanlı və Məhəmməd Muradlı yer alıblar.
Kapitanı Mixail Şereşevski olan qadınlardan ibarət kollektiv isə Günay Məmmədzadə, Gövhər Beydullayeva, Xanım Balacayeva, Ülviyyə Fətəliyeva və Gülnar Məmmədovan ibarətdir.