Yığmalarımız Litva və Vyetnama qarşı

yigmalarimiz-litva-ve-vyetnama-qarsi
Oxunma sayı: 1032

45-ci Ümumdünya Şahmat Olimpiadası davam edir. “Qafqazinfo” xəbər verir ki, Azərbaycan yığmaları da bu gün növbəti oyunlarını keçirəcəklər. 

Kişilərdən ibarət yığma Litva ilə qarşılaşacaq. Qadınlardan ibarət milli isə Vyetnam ilə üz-üzə gələcək.

Qeyd edək ki, kişilərdən ibarət yığmamız 4 qələbə, bir məğlubiyyətlə 9-cu sıradadır. 

Qadınlar yığmamız isə 2 qələbə, 2 heç-heçə ilə 11-cidir.