Yığmalarımız Monteneqro və Sloveniyaya qarşı

yigmalarimiz-monteneqro-ve-sloveniyaya-qarsi
Oxunma sayı: 1392

45-ci Şahmat Olimpiadası davam edir.

“Qafqazinfo” xəbər verir ki, Azərbaycan milliləri də növbəti görüşlərini keçirəcəklər.

4-cü turda kişilərdən ibarət yığma Monteneqro ilə qarşılaşacaq.

Qadınlardan ibarət milli isə Sloveniya ilə üz-üzə gələcək.

Qeyd edək ki, kişilərdən ibarət yığmamız bundan öncəki bütün görüşlərini qələbə ilə başa vurub. Qadınlar yığmamız isə 2 qələbə qazanıb, 1 heç-heçə edib.