Yığmamız 6 pillə irəlilədi

yigmamiz-6-pille-ireliledi
Oxunma sayı: 644

“Qafqazinfo”nun verdiyi xəbərə görə, Azərbaycan yığması 6 pillə irəliləyib.
Millimiz 305 xalla 110-cu pilləyə yüksəlib.

Reytinq cədvəlinə yenə İspaniya yığması başçılıq edir. Almaniya və Uruqvay 1 pillə yüksələrək 2-ci və 3-cü sıraya yüksəlib. Hollandiya millisi isə 4-cü sıraya enib.
Cədvəldə bu ay ən böyük irəliləyişi Türkmənistan millisi edib. 24 pillə irəliləyən asiyalılar 222 xalla 142-ci sıraya yüksəlib. Ən çox geriləyən isə Gürcüstan yığmasıdır. Qonşularımız 21 pillə geriləyərək 95-ci pilləyə enib.

Ceyhun Əhmədov