Yığmamız Avropanın ən yaxşılarından oldu

yigmamiz-avropanin-en-yaxsilarindan-oldu
Oxunma sayı: 1530

Azərbaycan yığması Yunanıstanın Saloniki şəhərində keçirilən 15 və 17 yaşlı yeniyetmələr arasında ağırlıqqaldırma üzrə Avropa birinciliyində komanda hesabında ikinci yeri tutub.

“Qafqazinfo” xəbər verir ki, komandamız 18 medal – 8 qızıl, 5 gümüş və 5 bürünc medalla buna nail olub. 

Komandamız toplam 709 xal toplayaraq Türkiyə, Polşa, Bolqarıstan və digərlərini üstələyib. Qalib adını isə 742 xalla Gürcüstan qazanıb.

İdmançılarımız Avropa birinciliyində fərdi uğurlarla da fərqləniblər. Burada ən güclülər Sinkleyr cədvəli üzrə müəyyən edilib.

Nuray Əbilova yaşı 15-ə qədər qızların yarışında toplam 106 kq nəticə və 447,82 xalla Avropa birinciliyinin 10 ən yaxşı atleti sırasında yer alıb.

Oğlanlarda bu yaş qrupunda 2 idmançımız ən yaxşılardan olub. 73 kq çəki dərəcəsində çıxış edən İsa Əliyev toplam 249 kq çəki ilə 488, 13 xal toplayaraq Avropa birinciliyinin ən yaxşıları sırasında 4-cü yeri tutub. 61 kq çəki dərəcəsində çıxış etmiş Kamran Xappayev isə toplam 227 kq nəticə və 522,42 xalla Avropa birinciliyinin ən yaxşı idmançıları sıralamasında ikinci pillədə qərarlaşıb.