Yığmamız Danimarka ilə eyni qrupa düşdü

yigmamiz-danimarka-ile-eyni-qrupa-dusdu
Oxunma sayı: 1120

Qadın futbolçulardan ibarət yığmalar arasında 2023-cü ildə Avstraliya və Yeni Zelandiyada keçiriləcək dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsinin püşkü atılıb.

“Qafqazinfo” xəbər verir ki, püşkatmaya 4-cü səbətdən qoşulan Azərbaycan yığması Danimarka, Rusiya, Bosniya və Herseqovina, Malta, Monteneqro seçmələri ilə E qrupuna düşüb.

Qeyd edək ki, seçmə mərhələnin oyunları bu ilin sentyabrında start götürəcək və 2022-ci ilin avqustunadək davam edəcək. Dünya çempionatı 2023-cü il 10 iyul - 20 avqustda təşkil olunacaq.