Yığmamız İsraili məğlub etdi

yigmamiz-israili-meglub-etdi
Oxunma sayı: 975


“Qafqazinfo”nun məlumatına görə, “Dalğa Arena” stadionunda keçilən qarşılaşmanı Latviyalı baş hakim Andris Treimanis idarə edib. Onun həmyerliləri Aleksejs Spasjonnikovs, Raimonds Tatriks kömək ediblər. Komandamız rəqibinə 3:0 hesabı ilə qalib gəlib. Oyunda qollardan birini Ağabala Ramazanov və ikisini isə Rəhman Hacıyev vurub.

Milli komandamız səkkizinci qrupda mübarizə aparır. Yığmamız sentyabrın 9-da qrupun lideri Portuqaliya komandasının qonağı olacaq.